AKTUAL

Fərhad Əhmədov onları işlədib pulunu vermədi-Foto

Sharing is caring!

XəbərAl.az xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov iqamətgahında bir qrup çalışan şəxslərin əmək haqqlarını ödəmir.

Bu barədə şikayətçi Nəriman Qarayev məlumat verib: “Biz 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər Göyçay rayonu, Potu kəndində yerləşən, Fərhad Əhmədova məxsus iqamətgahında işləmişik. Bu günə qədər zəhmət haqqımızın bir qismini ala bilməmişik. Fərhad Əhmədovun bizə 300 min dollar borcu var. Dəfələrlə Fərhad Əhmədova və onun səlahiyyətli nümayəndələrinə yazılı və şifahi müraciətlərimizə baxmayaraq məsələ həllini tapmamış olaraq qalır.

Müxtəlif bəhanələrlə Fərhad Əhmədov dörd dəfə qeyri-rəsmi yerli, bir dəfə isə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işləri yoxlatdırıb. Fərhad Əhmədov tərəfindən aparılmış bütün yoxlamaların nəticələri bizim lehimizə olmağına baxmayaraq cənab Əhmədov ədalətsizlik nümayiş etdirərək, bizə olan borcunu artıq 2 ildir ki, ödəmir”./Oxu.az/

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir