AKTUAL

Yeni İl münasibətilə yolka quraşdırıldıqdan sonra sökülüb? – AÇIQLAMA + FOTO

Sharing is caring!

Sosial şəbəkələrdə Sumqayıtda yeni il şənliklərinə hazırlıq getməsiylə bağlı foto yayılıb.

Fotodan görünür ki, şəhərin simvolu olan “Sülh göyərçini” abidəsinin qarşısında ənənəvi Yeni İl yolkası quraşdırılıb. Yayılan yeni fotolarda isə ötən gecədən etibarən həmin yolkanın söküldüyü bildirilir.  

Bildirilib ki, hələ şəhərdə Yeni İllə bağlı hazırlıq işlərinə başlanılmayıb: 

“Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə hər hansı yolka quraşdırılmayıb. Hələlik şəhərin bəzədilməsiylə bağlı da hər hansı qərar qəbul olunmayıb. Ümumi hazırlıq işləri həyata keçirilir, lakin yekun qərar gələn həftə veriləcək”.

Şəhərin mərkəzində yolkanın quraşdırılması və sökülməsinə gəlincə, İcra Hakimiyyətindən bundan xəbərsiz olduqları bildirilib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ötən illərdə həyata keçirilən tədbirlərin yenidən icrası üçün Nazirlər Kabineti yanında operativ qərargahın qərarını gözlədiyini açıqlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir