AKTUAL

1.3 milyonluq müqavilənin sahibi Əbülfəz Məlikovdurmu? – “Progress” barədə nələri bilmirik?

Sharing is caring!

Dövlət Gömrük Komitəsi “Progress” Sənaye-İstehsalat Şirkəti ilə maliyyə dəyəri 1 331 832.61 AZN olan müqavilə imzalayıb.  Bizimxeber.az xəbər verir ki, müqaviləyə əsasən şirkət bu məbləğə DGK-nın yeni inzibati binasının tikintisi ilə əlaqədar bünövrə işlərini həyata keçirməlidir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Progres” Sənaye-İstehsalat Şirkəti 26 dekabr 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 20, mənzil 5B-də yerləşir. “Progress”in qanuni təmsilçisi Atakişiyev Azər Mətləb oğludur.

Açıq mənbələrdə Azər Atakişiyev barəsində hər hansı məlumat yoxdur. Elə “Progress” də 26 ildir fəaliyyət göstərməsinə baxmayaraq o qədər də tanınan şirkət deyil. Hər halda şirkət haqqında axtarışlarımız nəticə vermədi. Buna baxmayaraq, “Progress”  ayrı-ayrı yerli və mərkəzi icra hakimiyyətlərinin keçirdiyi milyonluq tenderlərin qalibi olub. Məsələn, şirkət Kürdəmir, Ucar, Ağcabədi, Abşeron rayonları ərazisində məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisi işləri üzrə 1 may 2019-cu ildən 13 mart 2020-ci ilə qədər ümumi dəyəri 18 milyon manat civarında 6 tender udub.

Dövlət qurumlarının 20 manatlıq şirkətə iri məbləğli layihələri hansı səbəbdən etibar etdiyi bəlli deyil. /yenisabah.az/

Məlumatlı mənbələrdən Bizimxeber.az-a daxil olan məlumata görə,“Progress” Sənaye-İstehsalat Şirkəti Komitə sədri Səfər Mehdiyevlə onun yaxın dostu, gömrükdə milyardların sahibi Əbülfəz Məlikovun birgə nəzarətində fəaliyyət göstərir. Şirkət nəinki Azərbaycanda, eləcə də Rusiya, Türkiyə hətta Avropa ölkələrində ciddi biznes fəaliyyəti ilə məşğuldur. Milyonluq layihələri asanlıqla qazana bilən bu şirkətin faəliyyəti tam gizli saxlanılır.

Mənbə bildirir ki, “Progress” Sənaye-İstehsalat Şirkəti  Əbülfəz Məlikovun ciddi cəhdlə gizlətdiyi ən vacib şirkətkərdəndir. Bu şirkətin fəsaliyyəti barədə heç bir məlumata rast gəlmək mümkün deyil. Ümumiyyətlə, Əbülfəz Məlikov bu günə qədər özünü və fəaliyyətini hər kəsdən gizlədə bilib. Bu onun istedadından biridir. 

Şirkət barədə daha ətraflı məlumatları yaxın günlərdə oxuya bilərsiniz. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir