AKTUAL manset

Komandamız Ağdam kəndində sakinlər və əsgərlərlə görüş keçirdib

Xəbəral.az IA komandası olaraq dəfələrlə cəbhə bölgələrinin Ağdam,Tərtər,Goranboyda yerləşən N saylı H/h- də olmuş Əsgər və zabitlərlə görüşlər keçirdib, konsert proqramları ilə çıxışlar təşkil etmişik.

Bu dəfə yolumuzu iyulun 23 – də düşmənlə sərhəddə yerləşən Tovuz rayonu Ağdam kəndinə saldıq . Komandamızın təşkilatçılığı ilə başda xeyriyyəçi insan hacı Rahim, baş redaktor Rəsmiyyə Aydınqızı, jurnalist Elnarə Abbasova,operator Anar Abbasov yuxarıda adı qeyd olan N saylı H/h -nin əsgər və zabitləri ilə görüş keçirdərək, onların əzimkarlığı döyüşə hər an hazır vəziyyətdə olaraq Vətənimizin keşiyində ayıq-sayıq olduqlarının bir daha yaxından şahidi olduq.
Xeyriyyəçi insan hacı Rahim ordumuzun zabit ve esgərləri ilə dini söhbetlər edib onlara öz xeyir-dualarını verdi.Hacı Rahim” Qurani-Kərim” ayəsində şəhid olmuş vətən oğullarımızın ən yüksək zirvədə olduqlarını söyləyərək ruhlarına dualar oxudu.Sonra Rəsmiyye Aydinqızı cıxış edərək bizləri bura gətirən hər birimizdə yüksək vətənpərvərlik hissinin olduğunu söylədi və hər an ordumuza mənəvi dəstək olaraq əlimizden gələni etməyə hazırıq bildirdi.
Sonda hacı Rahim onlardan cüzidə olsa sovqatımızı qəbul etmələrini xahiş etdi.
Bildiyiniz kimi alçaq ermənilər sosial şəbəkələri izləyir və biz MN bütün tapşırıqlaarına əməl edərək h/h -də heç bir şəkil və çəkiliş etmədik.

Bize qoşulub səfərimizde əmeyi olan xeyriyəçi insan hacı Rahim və onun dostlarına dəfələrlə yardıma ehtiyacı olan şəxslərə yardımlar paylayıb ancaq adlarının çekilməsini belə istəməyən xeyriyyəçi insanlara,o, cümlədən müəyyen səbəblərdən bizimlə sıfırı qatılıb, gələ bilməyən ancaq öz sovqatını göndərən Elnur beəyə öz minnətdarlığımızı bildiririk.
Onuda nəzərinizə catdırım ki, Ağdam kənd sakinləri çox mərd və döyüş əzmindədirlər onlar evlərini tərk etmir,kənd təsərrüfatı,əkinçilik işlərinə davam edir yəni öz əvvelki normal həyatlarına davam edirlər. Ağdam kəndinin sakinləri ilə görüşüb söhbət edərkən bir daha bunun şahidi olduq.
ALLAH ordumuzu və əsgərlərimizi,zabitlərimizi qorusun,xalqımızı qorusun.AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir