AKTUAL manset

“Ağdamsız 27 il” adlı videokonfrans tədbiri keçirilib-FOTOLAR

Xəbəral.az xəbər verir ki,”Ağdamsız 27 il” anım tədbiri keçirilmişdir. 23 iyul 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ağdamsız 27 il” anım tədbiri keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Ağdam Gənclər və İdman İdarəsinin rəisi Elnur Qarabağlı, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi idarə heyətinin sədri Təranə Paşayevə, Qarabağ qazisi Anar Məmmədov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri Tamerlan Əkbərov, Bakı Modern Təhsil Kompleksinin tarix kafedrasının rəhbəri Hamlet Əliyev, Loqos Psixoloji Xidmət və Tədqiqatlar Merkezi İB-nin icraci direktoru Leyla Rəhimova, Qaradağ Rayon Yeni Azərbaycan Partiyası GB sədri Seyidməmməd Məmmədzadə, Tovuz Rayon Yeni Azərbaycan Partiyası GB sədri Nihad Pənahov, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi “İctimai Birliyinin “Gənclərlə İş” şöbəsinin rəhbəri Ümidə Rəhimova, Nərimanov Milli Qəhrəmanları Tanıtma İB-nin sədri Ədhem Məmmədov, mugam müsabiqələrinin QRAN-PRİ mükafatçısı, Heydər Əliyev fondunun təşəbbüsü ilə keçirilmiş televiziya mugam müsabiqəsinin diplomantı, Rainessiance beynəlxalq etno musiqi müsabiqəsinin qalibi Murad Kəngərli və fəal gənclər iştirak etmişlər. Qeyd edək ki, 3 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır.İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənayesi, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir.Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan fiziki şikəstlik qazanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir