AKTUAL manset

Azərbaycan mətbuatının 145 illiyi, Həsən Bəy Zərdabi İrsinin təbliğinə həsr olunmuş silsilə videokonfranslar keçirilir-FOTO

Sharing is caring!

Xəbəral.az xəbər verir ki,16 iyul saat 19:00-da Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu, Zərdab rayonu İcra Hakimiyyəti, Azərbaycan Maarifçilər Assosiasiyası və Avrasya Ekonomik İlişkiler Derneği-nin birgə təşkilatçılığı ilə onlayn video konfrans təşkil olunmuşdur. Azərbaycan mətbuatının 145 illiyi, Həsən Bəy Zərdabi İrsinin təbliğinə həsr olunmuş silsilə videokonfranslar çərçivəsində həyata keçirilən “Azərbaycan sərhəddində erməni iğtişaşlarının törədilməsi və informasiya müharibəsində Azərbaycan Türkiyə mətbuatının birgə fəaliyyəti” mövzusunda baş tutan konfrans hər iki ölkənin şəhidlərinin anılması məqsədi ilə Azərbaycan və Türkiyə dövlət himnləri ilə başladı. EKO Avrasya İdarə Heyətinin sədri Hikmet Eren son günlərdə Azərbaycanda baş vermiş məlum erməni iğtişaşlarının qardaş ölkədə çox ciddi həyəcan və narahatçılıqları haqqında çıxış etdi. “Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu”-nun rəhbəri Seymur Bayramov düşmənin hal hazırda cəbhədəki təxribatlarla paralel gərgin, qərəzli və haqsız informasiya müharibəsini də apardığını və bu mübarizədə Azərbaycan gəncliyinin qəti və mütəşəkkil cavabları və müdafiəsi ilə üzləşdiyini qeyd etdi. Düşmənin artıq Azərbaycan ordusunun gücünün qarşısında acizliyini qəbul etməsi gələcəkdə daha təhlükəli informasiya hücumlarının olacağına işarə olduğunu və bu informasiya müharibəsində Azərbaycan və Türkiyə mətbuatının bigə əməkdaşlıq şəklində mübarizə aparmasının vacib olduğunu bildirdi. Təşəbbüs Qrupunun üzvü, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva böyük müvəffəqiyyətlə keçən bu yüksək səviyyəli videokonfransın təşkilində yardımçı olan hər kəsə təşəkkürünü bildirərək bu dəfəki toplantıda Türkiyə və Azərbaycan millət vəkilləri, nüfuzlu siyasətçiləri, ziyalılar, dövlət qurumlarının nümayəndələrinin iştirak etməsini qürur hissi ilə qeyd edərək videokonfransın mövzusunun Həsən Bəy Zərdabi, Azərbaycan mətbuatının 145 illiyi müstəvisində daha çox məlum 12 iyul hadisələri, həmçinin, 15 iyul hadisələri, son günlər hər iki tərəfdən şəhidlərin verilməsinə ortaq acı və birgə mübarizə fikir və düşüncələrinin müzakirəsi şəklində keçirilməsini düşməndə cidi narahatçılıq yaratdığını qeyd etdi. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, əslən azərbaycanlı Şamil Ayırım mövcud gərginlik və təxribatların Türkiyə dövlətini çox narahat etdiyini, və baş verəcək ən həssas proseslərdə Azərbaycanla birgə olduğunu qeyd etdi. Həsən Bəy Zərdabi haqqında araşdırmalar edərək geniş məlumatları konfrans iştirakçıları və canlı yayım vasitəsi ilə izləyicilərin diqqətinə çatdıraraq Həsən Bəy Zərdabinin təkcə Azərbaycan deyil türk dünyasının ziyalı və mütəfəkkiri olduğunu söylədi və onun irsinin təbliği istiqamətdə Türkiyədə ciddi təbliğat işlərinin həyata kemiriləcəyini qeyd etdi. Millət Vəkilləri Elnur Allahverdiyev, Hikmət Babaoğlu konfransın məhz bu həssas məqamlarda Azərbaycan və Türkiyə ilə birgə keçirilməsinin, gərginlik və erməni təxribatlarına qardaş ölkənin sərt reaksiların verilməsini xüsusi qeyd edərək öz minnətdarlıqlarını bildirdilər. Həsən Bəy Zərdabi irsinin qardaş ölkdə təbliğini yüksək qiymətləndirərək bu istiqamətdə Zərdab rayonunda da işlərin görüldüyünü, onun adını daşıyan parkın yüksək zövqlə əsaslı təmir olunması və irsin gənc və gələcək nəsiilərə ötürülməsi istiqamətində işlərin görüləcəyini bildirən Zərdab rayonu İcra Hakimiyyəti başcısının birinci müavini Rəhman Feyzullayev konfrans iştirakçılarına rayon rəhbərliyinin salamlarını və minnətdarlığını çatdırdı. Karaman Bələdiyyə Başcısının 1-ci müavini Eyüp Aslan konfrans iştirakçılarına qədim tarixə sahib Karaman şəhərində Həsən Bəy Zərdabi parkının yaradılması və Zərdab rayonu ilə qardaşlaşması təşəbbüsünü bildirərək onun irsinin təbliği istiqamətində bütün səylərə hazır olduqlarını qeyd etdilər. Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülus Kılıç, Bilecik Şeyh Edebali Üniversitesi Öğretim Üyesi Cihan Özdemir, Qazeteci Yazar Onder Karakartal, İqtisadçı alim Nüsrət Məlikov görkəmli ziyalı haqqında fikirlərini söyləyərək hal hazırdas yaşanan gərgin proseslərdə hər iki qardaş ölkənin gücünün və qüdrətinin kifayət olduğunu və hər bir təxribata birgə cavab verdiklərini qeyd etdilər. Konfrans zamanı Türkiyə universitetlərində Həsən Bəy Zərdabi günlərinin keçirilməsi, Azərbaycan və Türkiyə mətbuatı əməkdaşlığının daha da güclənməsi istiqamətində görüşlərin keçiriləcəyi və silsilə video konfransların davamlı təşkil olunmasının qərara alındığını söyləyən Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun rəhbəri Seymur Bayramov informasiya müharibəsində dəyərlərimizə sahiblənmək və həmrəylik duyğularımızın artması istiqamətində daim fəaliyyət göstərəcəyini bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir