AKTUAL manset

İcra başçısı 450 minlik maşını hansı pulla alıb?

Sharing is caring!

“O, bu maşını hansı pulla alıb? Hamısı rüşvət və korrupsiya pullarıdır”.

Xəbəral.az  xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna aldığı 275 min dollar (450 min manat) dəyərində olan avtomobildən danışarkən deyib.

Onun sözlərinə görə, icra başçılarının 90%-i bu işlə məşğuldurlar: “O, pulu haradan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya. Bir o deyil ki, icra başçılarının 90%-i bu işlə məşğuldur. Bir məsələnin tərəfdarıyam.

İcra başçılarının əmək haqlarına baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı. Elə də icra başçılarının maaşını artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.

Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oğluna 275 min dollar (450 min manat) dəyərində olan avtomobil alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir