16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədov bu gün şəhid ailələrini ziyarət edib. Əvvəlcə 1-ci Alatavada 20 Yanvar şəhidi Qəniyev Mirzə Rzabala oğlunun ailə üzvlərilə görüşən R.Əhmədov, növbəti görüşünü 13-cü Nərimanov döngəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş Əskərov Əziz Əzizağa oğlunun ailə üzvlərilə keçirib. Görüşlərdə R.Əhmədov, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğıdan danışıb, onları narahat edən məsələlərə dövlətin daim diqqət göstərdiyini qeyd edib. Şəhidlərimizin ailə üzvləri ilə səmimi söhbət apan deputatlığa namizəd şəhidlərimizin heç vaxt unudulmayacağını vurğulayıb: “Biz onların ruhu qarşısında baş əyirik”.
Oxşar Xəbərlər
Yaponiyada hər bir vətəndaşa 76 min dollar dövlət borcu düşür
Yaponiyanın ümumi dövlət borcu 2021-ci maliyyə ilinin sonunda (31 mart 2022-ci il) ölkə tarixində ən böyük məbləğə – 1 241,3 trilyon yenə (cari məzənnə ilə 9,5 trilyon dollardan çox) çatıb. Bu barədə Maliyyə Nazirliyi xəbər verib. Bildirilir ki, borc altı ildir ki, artmaqda davam edir. Beləliklə, hazırda Yaponiyanın hər bir sakininin təxminən 9,9 milyon yen […]
Fuad Nağıyev: “Orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaq”
“11 ay ərzində ölkəmizə 1 milyon 458 mindən çox ziyarət qeydə alınıb. Bu da 2021-ci ilin rəqəmləri ilə müqayisədə 2,1 dəfə artım deməkdir”. Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan Turizm Sammiti – 2022”də çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Hindistan üzrə bərpa göstəriciləri 90 faizdən çoxdur: […]
Bakıda gənc oğlanı avtomobil vurdu
Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Cəsur Mehman oğlu Fərmanzadəni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az