Venesuela özünü müdafiə etməyə hazırdır.
XəbərAl.az xəbər verir ki, bunu Venesuela Xarici İşlər naziri Xorxe Arreaza ABŞ-ın Venesuela müxalifəti və 10 ölkə ilə regional müdafiə müqaviləsi barədə bəyanatına münasibət bildirərkən deyib.
“Özümüzü qorumağa və cavab verməyə hazırıq. Kiminsə Venesuela torpaqlarına təcavüz etməsinə icazə verməyəcəyik, cavab verəcəyik və ümid edirik ki, bu baş verməz”, – Arreaza vurğulayıb.