Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünə start verilib.
Turnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayıb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş keçirilir ki, onlardan bəziləri artıq başa çatıb.
Açılış matçında AEK “Partizan”dan üstün olun 2:1.
Gecənin maraqla gözlənilən matçlarından biri isə Türkiyədə baş tutub. “Fənərbağça” Çexiyanın “Slovaçko” komandasını sınağa çəkib. İstanbul klubu rəqibinin qapısından üç cavabsız top keçirib – 3:0.
Başa çatan “Malmö” – “Düdelanj” matçında da eyni hesab qeydə alınıb – 3:0.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
AEK (Larnaka, Kipr) – “Partizan” (Serbiya) 2:1
“Malmö” (İsveç) – “Düdelanj” (Lüksemburq) 3:0
“Fənərbağça” (Türkiyə) – “Slovaçko” (Çexiya) 3:0
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.
Xeberal.az