Cəmiyyət

Qazimiz xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb – VİDEO

Sharing is caring!

“YAŞAT” fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir Vətən müharibəsi qazisi evinə qayıdıb.

Oxu.Az xəbər verir ki, qazimiz xərəkdə yola salındığı Türkiyədən evinə ayaqları üstündə qayıdıb.

“Müalicəyə yola salınanda ağrılarına, vəziyyətinin ağırlığına baxmadan yalnız gülümsəyirdi. Bu gülümsəmənin ardında möhkəm iradə, böyük inam və ümidlər var idi. Budur, Nurlan Tağıyev xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb”, – məlumatda deyilir.

Qazimiz 17 il Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmət edib, Aprel döyüşləri və Vətən müharibəsində böyük şücaət göstərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir