Cəmiyyət

Ölkəmizin iqtisadi və hərbi qüdrəti danılmazdır

Sharing is caring!

   İlk yarımilin yekunlarına həsr olunan müşavirə bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf yolundadır və yeni zirvələrə doğru inamla irəliləyir. Prezident İlham Əliyev müşavirədə sosial-iqtisadi inkişaf, xarici siyasət və digər sahələrdə qazanılan uğurlardan konkret faktlar əsasında ətraflı danışaraq qarşıdakı hədəflərə çatmağın yolları ilə bağlı zəruri göstərişlərini verdi. Azərbaycanın Qoşulmama Hərəkatında fəal sədrliyi, İƏT çərçivəsində fəaliyyəti, Avropa İttifaqı ilə əməkdaşlığı fərəhli nəticələr verir.
    Qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxma¬yaraq, cari ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri nəzərə çarpıb. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri ara¬sında əlavə dəyər qeyri-neft-qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sekto¬runda 14 faiz artıb. Sənaye zona¬larında da dinamik inkişaf diqqət çəkib, ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 53 faiz artıb.
   Erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı, Ermənistan status məsələsini birdəfəlik unutmalıdır. Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu barədə bəyanatı Ermənistana, Ermənistan rəhbərliyinə xəbərdarlıqdır və bu xəbərdarlıqdan nəticə çıxarmalıdırlar.
    Prezident İlham Əliyevin müşavirədə çıxışında qeyd etdiyi kimi, əgər müsbət məqamlardan söhbət açsaq, delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilib və bu, müsbət addımdır. Bu da Azərbaycanın təşəbbüsü ilə reallaşıb. İlk görüş tanışlıq xarakteri daşıyıb, gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur. İkinci görüşün artıq praktik məsələlərin müzakirəsinə həsr olunacağı gözlənilir. Tezliklə nəticə gözlənilməsə də, hər halda bu prosesin başlamasını uğurlu inkişaf kimi qiymətləndirmək olar. Digər müsbət hal Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul edilməsidir. Türkiyə, Rusiya və İranla müzakirələr zamanı da Azərbaycanın bu mövqeyi dəstəklənib. Prezident bildirdi ki, digər tərəfdaşlar - Avropa İttifaqı və ABŞ-la da bu məsələni müzakirə edilib. Beləliklə, faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılıb. Ancaq Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur. Bu aspektdə bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşünün də nəticələrinin olacağına, sülh müqaviləsinin hazırlanması üçün Ermənistanın da öz işçi qrupunu artıq formalaşdıracağına ümid edirik”.
   Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə əksini tapan bir sıra öhdəlikləri hələ də yerinə yetirməyib: “Bu öhdəliklərdən biri də erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Dövlət başçısı müşavirədə Rusiya tərəfinin bununla bağlı vədini də xatırlatdı. Məlum oldu ki, bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən Azərbaycan Müdafiə Nazirliyinə söz verib ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq Ermənistan indiyə qədər bu addımı atmayıb, Rusiya da Ermənistanı buna məcbur etmir. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Prezident bəyan etdi ki, biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik və əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin. Dövlət başçısının mesajı aydındır. Təbii ki, bu halda Azərbaycanın Ermənistanı həmin silahlı birləşmələri ərazimizdən çıxarılmasına məcbur etməkdən başqa yolu qalmayacaq. Digər tərəfdən, Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlamasının son zamanlar adi hala çevrilməsi də müşahidə olunur. Prezidentin vurğuladığı kimi, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir, biz də Zəngəzur üçün status tələb edə bilərik. Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri də yolverilməzdir. Bu mənfi meyllər hələ ki, bu, hansısa bir ciddi fəsada çevrilməsə də, bunun qarşısı alınmasa, bir gün bunun fəsadı ola bilər”.
   Ancaq bu meyli görməmək də mümkün deyil. Azərbaycan Prezidenti, Ali Baş Komandan bəyan etdi ki, biz bunu görürük, təsbit edirik, xəbərdarlıq edirik. Hərə də bu xəbərdarlıqdan öz payını alsın.

Fizuli Cəfərov, müharibə veteranı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir