Dünya

İlon Mask Gürcüstanda şirkət açıb

Sharing is caring!

Amerikalı sahibkar, mühəndis və milyarder İlon Maska məxsus “Starlink” şirkətinin Gürcüstanda törəməsi təsis olunub.

Təsisçisi “Starlink Holdings Netherlands” şirkəti olan “Starlink Georgia”nın fəaliyyətinə icazənin alınması üçün Gürcüstanın Kommunikasiyaların Tənzimlənməsi üzrə Milli Komissiyasına müraciət edilib.

Tənzimləyici iyunun 29-da təsis olunmuş şirkətin təqdim etdiyi sənədləri iyulun 14-də nəzərdən keçirməyi planlaşdırır.

“Starlink” Gürcüstanda yüksək dağlıq rayonları və indiyədək internetə keyfiyyətli çıxışın təminatının mümkün olmadığı yaşayış məntəqələrini internetlə təchiz etmək niyyətindədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir