Cəmiyyət

Bakıda səkinin qanunsuz zəbt edilməsinin qarşısı ALINDI – FOTO

Sharing is caring!

Ötən gün sosial şəbəkədə Nərimanov rayonu Təbriz küçəsində, “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binası tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılıb.

Məsələ barədə Nərimanov Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, məsələyə operativ şəkildə reaksiya verilib.

Belə ki, rayonun kommunal xidmətləri tərəfindən həmin əlavə tikinti sökülüb, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir