Dünya

“Mercedes-Benz” Rusiyanı tərk edir?

Sharing is caring!

“Mercedes-Benz” şirkəti Rusiyadakı əmlakını dilerlərdən birinə satır.

Potensial alıcılar arasında “Panavto”, “Avtodom”, “Avilon” və “Major” var. Həmçinin məlumata görə, şirkət avtomobil anbarını və diler mərkəzini tender yolu ilə satmaq istəyir.

Şirkətdən bildirilib ki, bununla bağlı hələlik konkret qərar verilməyib. “Kommersant”ın məlumatına görə, əgər sövdələşmə baş tutsa, “Mercedes-Benz” birbaşa Rusiyada fəaliyyətini dayandıracaq. Qəzet qeyd edir ki, belə bir sxem 90-cı illərdə, Rusiya bazarına daxil olmağın ilkin mərhələlərində Qərb brendləri arasında məşhur idi və bəzi MDB ölkələrində də istifadə olunur. Həmçinin iddia edilir ki, sövdələşməyə Rusiyanın əksər avtomobil müəssisələri kimi, Moskva yaxınlığındakı və martın əvvəlindən fəaliyyət göstərməyən “Mercedes-Benz” zavodu daxil deyil.

Rusiyada “Mercedes-Benz” BMW-dən sonra ikinci ən populyar premium avtomobil markası idi.

Mənbə: “Kommersant”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir