Dünya

İlon Mask “Twitter”i almaqdan imtina etdi

Sharing is caring!

Amerikalı iş adamı İlon Mask “Twitter”lə 44 milyard dollarlıq müqaviləni ləğv etmək qərarına gəlib.

İyulun 8-də iş adamının vəkili Mayk Rinqler sosial şəbəkənin rəhbərliyinə bununla bağlı müvafiq məktub göndərib.

Hüquqşünasın verdiyi açıqlamaya görə, müqavilənin ləğvi “Twitter”in biznes nöqteyi-nəzərindən platformanın perspektivlərinin obyektiv qiymətləndirilməsi üçün etibarlı məlumat verməkdən imtina etməsi ilə bağlıdır. Rinqlerin sözlərinə görə, əldə edilən məlumatlar ya natamam, ya da şübhəli olub.

Üstəlik, Maskın komandası məhsulunu daha əlverişli şəkildə təqdim etmək üçün “Twitter”in mümkün statistik maxinasiyalarına da işarət edib. Belə ki, rəsmi olaraq sosial şəbəkədə spam hesabların nisbətinin 5%-i ötmədiyi güman edilir, lakin bunu təsdiqləmək mümkün deyil.

Bu arada “Twitter”in Direktorlar Şurası Maskın razılaşmadan çıxmasını təsdiqləməyib, çünki şirkətin səhmləri danışıqlar zamanı ciddi şəkildə dəyər itirib.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir