Cəmiyyət

DYP-dən yuxulu, yorğun halda maşın sürənlərə MÜRACİƏT

Sharing is caring!

Qurban bayramı günlərində Baş DYP İdarəsi tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib. 

Tədbir zamanı sürət həddinə riayət olunması, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmamaları, manevretmə qaydalarını kobud şəkildə pozmamaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçmələri və ən çox da yuxulu, yaxud yorğun halda avtomobil idarə etməmələri sürücülərin diqqətinə çatdırılıb.

Tədbirdə sürücülərlə yanaşı avtomobillərdə olan uşaqlarla da söhbət aparılıb. Onlara Baş DYP İdarəsi tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.

Uşaqlar şərti yol polisləri elan edilərək onlara valideynlərə nəzarət etmək, yollarda qayda pozduqları zaman xəbərdarlıq etmək tövsiyə olunub. 

Vətəndaşlarımızın mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün Baş DYP İdarəsi tərəfindən belə tədbirlərin keçirilməsi davam etdiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir