Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli mənzillərin alınması üçün sosial şəbəkələrdə kömək təklif edən, bu barədə elan verən şəxslər barədə açıqlama verib.
Oxu.Az-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, MİDA belə halları aşkar edəndə, hüquq-mühafizə orqanlarına müraciət edir.
“Vətəndaşlara da müraciət edirik ki, bu cür elanlar gördükdə hüquq-mühafizə orqanlarına müraciət etsinlər”, – deyə o əlavə edib.
Aqşin Kərimov
Xeberal.az