Cəmiyyət

Sürücülərin nəzərinə: Bakıda bəzi yollarda sıxlıq var – SİYAHI

Sharing is caring!

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarındakı vəziyyəti açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:

1. Bakı-Sumqayıt şosesində – Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Binəqədi şosesində – mərkəz – “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq;

3. Moskva prospektində – “Alov” zavodun qarşısından “20 Yanvar” dairəsinə qədər kənar yolda sıxlıq;

4. Ziya Bünyadov prospektində – Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;

5. Heydər Əliyev prospektində – “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısına qədər əsas və kənar yolda sıxlıq;

6. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir