Dünya

Conson: “Rusiya ilə NATO arasında gərginlik birbaşa toqquşmaya çevrilməyəcək”

Sharing is caring!

Böyük Britaniyanın Baş naziri Conson Rusiya ilə NATO arasında birbaşa toqquşmanın mümkün olmadığını deyib.

O hesab edir ki, NATO ilə Rusiya arasında gərgin münasibətlər birbaşa toqquşmaya çevrilməyəcək.

“Düşünürəm ki, bu həddə çatmayacaq. Təbii ki, biz məsələnin Ukrayna ilə məhdudlaşması üçün hər şeyi edirik”, – deyə o, çərşənbə axşamı jurnalistlərə bildirib. Brifinq Britaniyanın “Sky News” telekanalı tərəfindən yayımlanıb.

Eyni zamanda siyasətçi Moskvadan getdikcə artdığı iddia edilən təhlükəyə cavab verilməsinin vacibliyinə də diqqət çəkib.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir