Siyasət

Ölkənin hərbi qüdrətini artıran dövlət siyasəti.

Sharing is caring!

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı, 2018-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Ulu Öndərin rəhbərliyi altında Azərbaycan inkişaf etməyə qədəm qoydu. Cəbhədə atəşkəs elan olundu, dağılmış ordunun yenidə qurulması üçün addımlar atıldı, iqtisadiyatımız dirçəlməyə başladı. Bununla yanaşı Milli Ordunun formalaşdırılması, nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Aparılan islahatlar nəticəsində Azərbaycan hərbi potensialını xeyli artırdı. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirildi. Bunun nəticəsində maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusuna çevrildi. Müasir silahlarla təchiz olunmuş Azərbaycanın şanlı ordusu öz gücüni ilk olaraq 2016-cı ilin aprel ayında daha sübut etdi.
2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.
Ordu quruculuğu Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi, ordumuz ən müasir silahlarla təmin edildi. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.
Və bunların nəticəsi olaraq Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər ordumuz 27 sentiyabr 2020-ci il tarixdə başlamış 44 günlük Vətən Müharibəsində 30 ilə yaxın düşmən tapdağı altında qalmış Qarabağımız azad olundu. Şəhidlərimizin canı və qanı bahasına düşmən əzəli torpaqlarımızdan qovuldu. Biz bugün qalib ölkəyik, biz bugün özümüzü qürurlu hiss edirik, Ermənistan bugün Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdu, bugün Azərbaycan iqtisadi və hərbi gücə sahibdir, bugün Azərbaycan regionun ən güclü ölkəsidi.
Bugün də Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş əraziləri düşməndən azad etdi və ölkənin ərazi bütövlüyünü qorumaqdadır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü, Azərbaycan Silahlı Qüvvələri Günü kimi hər il təntənə ilə qeyd edilir.

YAP Lerik Rayon Təşkilatının sədri, Malik Mirzəyev.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir