ABŞ Dövlət Departamenti hesab edir ki, Azərbaycanın Qarabağ İqtisadi Zonasında müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarına əvəz tapmalıdır. Bu bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen çıxış edib. “Hazırda Rusiya qoşunları oradadır, 2020-ci il atəşkəs bəyanatına əsasən, bu, onların ilk müddətidir. Əgər Ermənistan və Azərbaycan üçün alternativ olarsa, artıq Rusiya sülhməramlılarının […]
Ağcabədi rayonunun İmamqulubəyli kəndində VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az
Payız mövsümünün gəlişi ilə küçələrdə yerindəcə çəkilib plastik qablarda satılan nar şirələri ilə yenidən rastlaşırıq. Metrolara yaxın, insanların çox olduğu yerlərdə bu cür nar şirəsi satılan masaları görmək mümkündür. İnsanlar bu şirəni yerindəcə içə bilərlər. Lakin bir çox hallarda bu şirələr qablara yığılaraq da satılır. Nar şirələrinin bu şəkildə satılması nə dərəcədə doğrudur? Yalnız faydasını […]