İdman

Avropa mükafatçımız qitə çempionatında qızıl medal üçün mübarizə aparacaq

Sharing is caring!

28 may – 5 iyun tarixlərində Albaniyanın paytaxtı Tiranada qadınlar və kişilər arasında Avropa çempionatı keçiriləcək.

Oxu.Az xəbər verir ki, yarışda 39 ölkədən 326 atlet (161 qadın + 165 kişi) iştirak edəcək.

Çempionata Azərbaycan təmsilçisi də qatılacaq. Dadaş Dadaşbəyli 102 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Qeyd edək ki, Dadaş Dadaşbəyli ötən il Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında bürünc medal qazanıb. O, birdənqaldırma hərəkətində isə kiçik qızıl medala sahib olub.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir