Dünya

Ukraynada kimyəvi maddələr olan anbar vuruldu: Sakinlərdən pəncərələri bağlamaq istənildi – FOTO

Sharing is caring!

Ukraynanın Donetsk vilayətində, Kramatorsk şəhəri yaxınlığında Rusiya ordusunun hərbi əməliyyatları nəticəsində ammonium nitrat olan anbar zədələnib.

Bu barədə Slavyanskaya şəhər hərbi-mülki administrasiyası məlumat yayıb.

Bildirilir ki, sakinlərin həyatı üçün birbaşa təhlükə yoxdur.

Lakin şəhər hərbi idarəsinin rəhbərliyi açıq havada qalmağı məhdudlaşdırmağı və bir günlük pəncərələri bağlamağı xahiş edir.

Bununla bağlı yayılan kadrlarda havada narıncı buludun yayıldığı görünür.

Mənbə: Obozrevatel

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir