Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın zəfər qazandığı Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Abşeronlu igidlərin övladlarının “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ustad dərsləri ilə müşahidə olunan ekskursiyası təşkil edilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, İctimai Şuranın və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun təşkilatçılığı ilə keçirilən ekskursiya Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.Əvvəlcə iştirakçıların Abşeron RİH-inin inzibati binasının qarşısından yolasalma mərasimi keçirilib. İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə görüşüb, hər zaman olduğu kimi, onların qayğıları və problemləri ilə maraqlanıb.“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, İctimai Şuranın üzvləri, könüllülər, şəhid övladları iştirak edib.Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Abşeron RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova çıxış edərək bildirib ki, 44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Vətən Müharibəsi, “Dəmir yumruq” əməliyyatı , böyük qələbə kimi, xalqımızın qəhrəmanlıq tarixində yeni səhifə açıb. Hər birimiz vətən uğrunda canından keçən qəhrəman şəhidlərin və qazilərimizin əmanət övladlarını qorumaq və qayğısına qalmalıyıq. Ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu siyasət Cənab Prezident, Ali Baş komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonra açıq səma altında tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin rəqs qrupu hazırladığı milli rəqs nömrələri təqdim edilib, şəhid övladları şeirlər söyləyiblər.Daha sonra uşaqlara təsviri incəsənətin ən qədim növü sayılan “Ebru” sənəti haqda məlumatlar verilib, onların rəssamlıq bacarıqlarını inkişaf etdirmək imkanlar yaradılıb, müəllimlərlə birlikdə rəsm əsərləri çəkiblər.Uşaqlara qələbəmizdən, zəfərimizdən, qəhrəman şəhidlərimizdən bəhs edən xüsusi illüstrasiyalı kitablar hədiyyə edilib.
Oxşar Xəbərlər
Almanlar ingilislərlə bacarmadı, Türkiyə altı qolla qalib gəldi – VİDEO
UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib. Oxu.Az xəbər verir ki, turun maraqla gözlənilən oyununda dördqat dünya çempionu Almaniya son Avropa çempionatının finalçısı İngiltərə ilə qarşılaşıb. Hər iki komanda ilk qələbəsini qazanmaq məqsədilə meydana çıxıb. Almaniya millisi oyuna qadınlardan ibarət millinin forması ilə qatılıb. Hans Flikin yetirmələri bu jestlə iyulun 6-da startı […]
Hikmət Hacıyev: “Prezident nəyi, nə zaman edəcəyini yaxşı bilir”
“Prezident İlham Əliyev hər zaman vurğulayır ki, nəyi, nə zaman, necə və nə cür etməyi yaxşı bilir və edir. Dünən Laçın şəhərinin mərkəzinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülməsi, Zabux və Sus kəndlərinə Ordumuzun yerləşməsi, yəni bu yaşayış məntəqələrinin ölkəmizin tam nəzarətinə keçməsi bunu bir daha göstərir”. APA-nın xəbərinə görə, bunu Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi […]
Mingəçevirdə iranlıya narkokuryerlik edən keçmiş məhkum TUTULDU – FOTO/VİDEO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Hilal Əsgərov tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı saxlanılan şəxsdən 120 qramdan artıq heroin və külli miqdarda […]