Qazaxda kişi sirkə turşusundan zəhərlənib.
Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü D.Mansurov zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həkimlər tərəfindən xəstəyə dərhal ilkin tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xeberal.az