Cəmiyyət

Şəmkirdə yeniyetməni maşın vurub

Sharing is caring!

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə rayonun Elpərəs Hüseynov küçəsində baş verib.

Hərəkətdə olan VAZ-2121 markalı minik maşını yolu keçmək istəyən 2006-cı il təvəllüdlü N.Namazovu vurub.

Piyada dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən ilkin yardım göstərilən 16 yaşlı yeniyetmənin vəziyyətinin kafi olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir