Təqdimat Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən musiqi məktəbinin akt zalında baş tutub.Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyinin həyata keçirdiyi “Erməni vandallarının Azərbaycan ərazilərində törətdiyi cinayət əməllərinin ifşa olunması istiqamətində təbliğat və təşviqat işinin təşkili” layihəsi çərçivəsində düzənlənən təqdimetmədə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Vüqar Bəşirov bildirib ki, bu qəbildən olan tədbirlərin Xırdalanda həyata keçirilməsi təqdirə layiq haldır:“Erməni vandalizminə məruz qalan ərazilərimizdə törədilən barbarlıq aktları işğalçı Ermənistanın müasir dünyaya öz əsl simasının real nümayişidir. Dünyanın bütün mədəni, sülhsevər xalqları terrorçu Ermənistan dövlətinin əməllərindən xəbərdar olmalıdır. Ümidvaram bu gün nümayişinə toplandığımız “Erməni vandalizmi” adlı sənədli film bu istiqamətdə ümummilli maraqlarımıza xidmət edərək işğalçı Ermənistanın bütün dünyaya tanıdılmasında, ifşasında mühüm vasitə olacaqdır”.“Ziyalı Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri İlahə Əliyeva vurğulayıb ki, 28 il ərzində mənfur erməni işğalına məruz qalan torpaqlarımızın azad olunmasında əvəzsiz xidmətləri olan, bizə qələbə sevincini yaşadan, Ali Baş Komandanımız İlham Əliyevə və igid əsgərlərimizə minnətdarlıq borcumuz vardır.“Erməni vandalizmi” adlı bu sənədli filmdə Azərbaycanın 28 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanan ərazilərimizdə aparılan vandallıq aktları lentə alınıb. Vaxtilə yurdumuzun abad, dilbər guşələrindən sayılan Qubadlıda, Laçında Füzulidə, Zəngilanda, Kəlbəcərdə və digər ərazilərimizdə hazırda qəlb dağlayan mənzərələr mövcuddur. Rayon mərkəzlərimiz, qəsəbələrimiz, kəndlərimiz yerlə-bir olub, daş-daş üstündə qalmayıb, dağıdılıb. Dağlarımıza, dərələrimizə, çaylarımıza bir sözlə, flora və və faunamıza görünməmiş dərəcədə zərbə vurulub. Məscidlərimiz, qəbristanlıqlarımız, dini məbədlərimiz qəsdli şəkildə məhv olunub. İnsanlığa qarşı vəhşilik aktı törədilib. Ermənilərin işğal olunmuş ərazilərimizdə həyata keçirdikləri dəhşəti, vəhşəti, insanlığa sığmayan cinayət əməllərini bütün dünyaya bəyan etməliyik. Qəsbkar düşmən öz çirkin niyyətinə, bəd əməllərinə görə məsuliyyətə cəlb olunmalı, qanun qarşısında cavab verməlidir”.ADNA-nın dosenti, iqtisadçı alim Ağasəf İmran qeyd edib ki, Ermənistan Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərindən vəhşicəsinə istifadə edib, qatı düşmən kimi, acgözcəsinə yararlanıb: “Ermənilərin bu vəhşiliyinin dünyada analoqu yoxdur. Cinayət əməli işlədən bu ölkə Azərbaycana və azərbaycanlılara qarşı həm maddi, həm mənəvi cəhətdən külli miqdarda zərər vurub. Bu zərərin-ziyanı hesablana bilməyəcək dərəcədə çoxdur”.Sonra “Erməni vandalizmi” adlı sənədli filmin nümayişi olub.Film iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Oxşar Xəbərlər
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisasi üzrə bitirib, əmək fəaliyyətinə “Bakı Banklararası Valyuta Birjası” QSC-də başlayıb, sonradan bir sıra kommersiya banklarında çalışıb, 1999-2004-cü illərdə o vaxtlı […]
İlham Əliyev idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi – SİYAHI
Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxsləri fəxri ad, fəxri diplom və medallarla təltif edib. Bu barədə Prezident.az məlumat verib. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər Prezidentin müvafiq Sərəncamları ilə təltif olunurlar: “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə: […]
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub – FOTO
Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, söhbət zamanı bölgədə baş verən son proseslər haqqında danışıqlar aparılıb. Xeberal.az