Abşeron rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində oxuyan şagirdlər arasında “Qarabağ zəfəri – Heydər Əliyev dühasının təntənəsidir” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin üçüncü – sonuncu dinləmələri baş tutub. Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Təhsil Şöbəsinin və Abşeron rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilib.Vətən Müharibəsində xalqımızın qazandığı zəfərinin və Ulu Öndər Heydər Əliyevin bu qələbədə zəngin siyasi irsinin rolunun təbliği məqsədi daşıyan inşa yarışında IX, X, XI siniflərin şagirləri iştirtak edir. Üç mövzuda (“Qarabağın zəngin təbii sərvətləri”, “Qarabağın zəngin tarixi – mədəni sərvətləri”, “Şuşa – Qarabağın incisidir”) reallaşan müsabiqəyə bütün məktəblərə hər 3 istiqamət üzrə hazırlanan yazıları təqdim etmək imkanı yaradılıb.Heydər Əliyev Mərkəzində “Qarabağın zəngin təbii sərvətləri” movzusunda yazılan inşa-yazıların münsiflər heyəti tərəfindən dinlənilməsi həyata keçirilib. Dinləmələrdə Abşeron rayon İcra Hakimiyyətinin ictimai, siyasi, humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, rayon Təhsil Şöbəsinin metodistləri, əməkdar müəllimlər, İctimai Şuranın və Heydər Əliyev Mərkəzinin rəhbərliyi və jurnalistlərdən ibarət münsiflər heyəti iştirak edib.Qeyd edək ki, hər üç movzuda dinləmələr başa çatdıqdan sonra qaliblər müəyyənləşdiriləcək. Hər istiqamət üzrə I yerə layiq görülən qaliblərə qiymətli hədiyyələr və Fəxri Fərmanlar, digər bütün iştirakçılara isə “Təşəkkürnamələr” təqdim ediləcək.
Oxşar Xəbərlər
Dağlıq Qarabağla bağlı ilginc məqamlar — Metyu Brayza ilə maraqlı MÜSAHİBƏ
ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların yeni administrasiyasının xarici siyasət prioritetləri, ABŞ-ın Rusiya ilə münasibətlərinin region ölkələrinə mümkün təsirləri və Amerika-Azərbaycan münasibətlərindən gözləntiləri şərh edib. XəbərAl.az həmin müsahibəni təqdim edir: – Vaşinqtonda yeni administrasiyanın gəlişi ilə bir çoxları qlobal super gücün hansı kurs götürdüyünü bilmək […]
Ən ədalətli mövqe, ən prinsipial münasibət
Artıq bütün mütərəqqi beynəlxalq ictimaiyyət bilir ki, 30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizlik idi. Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri […]
İlk elektrik “QAZel”i təqdim olundu
Rusiyanın Qorki maşın zavodu 100 kvt (136 at gücündə) elektrik mühərriki ilə təchiz edilmiş “QAZelle e-NN” avtomobilini buraxıb. Autonews.ru xəbər verir ki, şirkət avtomobilin üç yeni modelini “Rusiyanın Rəqəmsal sənaye müəssisəsi” konfransında təqdim edib. Qorki Avtomobil Zavodunda mikroavtobus, marşrut mikroavtobusu və furqonlu mikroavtobus yığılıb. Avtomobilin kütləsi 2.5, yük daşıma qabiliyyəti ilə 4.6 tondur. Müştərinin istəyi ilə avtomobil […]