Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB fevral ayının 1-dən “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihənin həyata keçirilməsinə başlayıb. Layihə zamanı bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər aparılacaq, onlara psixoloji xidmət göstəriləcək, eləcə də onlarla maarifləndirmə işləri aparılacaq. Həmçinin maarifləndirmə məqsədi ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün yaddaş kitabçası” da nəşr edilib layihə zamanı paylanılacaq.
Oxşar Xəbərlər
Milli Qəhrəmanın oğlu: “Şəhidlərimizin ruhları şaddır” – VİDEO
Ərazi bütövlüyümüz tam təmin edildikdən sonra ilk dəfədir Azərbaycanda seçki həyəcanı yaşanır. Torpaqlarımızın azad olunmasında qəhrəmanlarımızın rolu əvəzolunmazdır. Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev də seçkilərdə iştirak edib. O, seçki prosesi ilə bağlı təəssüratlarını Baku TV-yə bölüşüb: “Səsimizi verdik. Vətənə, millətə uğurlu, xeyirli olsun. Şəhidlərimizin ruhları şad olsun. Onların hünərlərinin sayəsində bu gün biz […]
Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb – FOTO/VİDEO
Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus obyektdən 2 580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri […]
Sumqayıtda 39 yaşlı kişi itkin düşüb
Sumqayıt şəhərində 39 yaşlı kişi itkin düşüb. “Report”un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər sakini 1985-ci il təvəllüdlü Əlibala Müslüm oğlu Sadıqov Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib. Xeberal.az