“Azərbaycanda yetkinlik yaşına çatmayanların nişanlanması ilə bağlı hüquqi məsuliyyət müəyyən olunmayıb. Bu məsələ həllini tapmalıdır”. “Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc martın 12-də qohum nikahları ilə bağlı ictimai dinləmələrdə çıxış edərkən deyib. Onun sözlərinə görə, qanunvericilikdə qohum nikahları birinci və ikinci dərəcəli […]
Böyük Britaniya Azərbaycanda ən böyük sərmayədar və uzun illərdir ölkənin ən böyük ticarət tərəfdaşlarından biridir. Ölkələr arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir ki, bunlardan da ən mühümü energetikadır. Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim məsələləri üzrə regional səfiri Devid Moran ”Report”a müsahibəsində ölkələr arasında əməkdaşlığın əsas iqtisadi aspektləri, eləcə də iqlim dəyişikliyinə qarşı birgə mübarizə barədə danışıb. – […]
Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz […]