Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
APA xəbər verir ki, Biləcəri qəsəbəsində 1982-ci il təvəllüdlü Məmmədov Habil Yusif oğlu küçədə gəzərkən naməlum şəxs ona yaxınlaşaraq bıçaqla hədə qorxu gəlib.
Naməlum şəxs onun 150 manat pulunu alaraq qaçıb.
H.Məmmədov faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinə şikayət edib.