Bir qədər əvvəl Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
O bildirib ki, Ziya Bünyadov prospektində piyada vurulması tıxaca səbəb olub: “Bu səbəbdən də hazırda qeyd edilən prospektdə tıxac var”.