Dünən Azərbaycan Qoşunlarının Radioelektron mübarizə bölmələri Rusiya istehsalı olan “Orlan-10” PUA-sını Qarabağda endiriblər. Bu barədə Ermənistanın “Telegram” kanalları məlumat yayıb. Mənbənin sözlərinə görə, kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı sülhməramlıların məsuliyyət zonasında, Azərbaycan mövqeləri yaxınlığında zərərsizləşdirilib, bundan sonra separatçılar tərəfindən aşkar edilib. Xeberal.az
İranda məcburi hicab qanununa görə ilk dəfə avtomobilə həbs qoyulub. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir. Gülüstan əyalətinin Polis Komandanlığı məsələ ilə bağlı məlumat yayıb: “Gülüstan əyalətində avtomobilin sərnişini iki dəfə xəbərdarlıqdan sonra da qanunsuz hərəkətlərini davam etdirib. Sözügedən avtomobil təkər kilidi vasitəsi ilə qanuni olaraq sahibinin qarajına yerləşdirilib”. Xeberal.az
Rusiyada yaşayan azərbaycanlılar birlik göstərərək və öz imkanlarından istifadə edərək Türkiyəyə humanitar və maliyyə yardımı ediblər. “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bunu Səfirliyin müşavir-elçiləri İsmayıl Əsədov və Aqşin Əliyev Türkiyə Respublikasının Moksvadakı Səfirliyində olarkən deyib. Polad Bülbüloğlu Səfirliyin kollektivi və öz adından cari ilin 6 […]