Türkiyənin “Beşiktaş” klubu İngiltərə “Liverpul”u ilə müqaviləsinin müddəti başa çatan Aleks Oksleyd-Çemberleyni azad agent kimi heyətinə qatıb. Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müdafiəçi ilə iki illik müqavilə imzalanacaq. Onun yeni komandasındakı məvacibi illik iki milyon avro olacaq. Çemberleyn ötən mövsüm “Liverpul”un heyətində 13 oyunda bir qol vurub. İngiltərəli futbolçu daha əvvəl […]
Azərbaycanın Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir. “Report” xəbər verir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən bölgəni tərk edən ermənilərə su paylanılır. Həmin görüntüləri təqdim edirik: Xeberal.az
Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsinin sakinləri məişət tullantılarının vaxtlı-vaxtında daşınmamasından şikayət edirlər. Masazır sakinləri bildirirlər ki, zibil qabları bir həftədir dolub-daşır, amma kimsə gəlib bu zibili ərazidən daşımır. Şikayətçilər bildirirlər ki, zibili daşıyacaq qurumla sakinlər arasında müqavilə imzalanıb, hər ay ödənişlər edilir. Lakin buna baxmayaraq, tullantılar vaxtlı-vaxtında daşınmır. Nəticədə ərazidə antisanitariya yaranır. Sakinlərin […]