Xeberal.az xəbər saytının baş redaktoru Mirismayil Xələfli meyxanaçı Aydın Xırdalanlının vəfatı ilə bağlı sosial şəbəkədə “Narkoman öldüsə, bir it öldü” paylaşmına Azerbaycanrealligi.com saytına yazdığı statusla bağlı münasibətini bildirib. Baş redaktor qeyd edir ki, sosial şəbəkələrdə trolluqla məşğul olan bəzi insanlar(əgər insan demək olarsa) yazının məğzini anlamamış şəxsi maraqlarını ortaya qoyublar, söyüş və təhqirlərə başlayıblar. “Mən heç vaxt kimisə təhqir etməmişəm. Ən əsası da rəhmətə gedəni. Bu mənim tərbiyəmdən uzaq bir şeydir. Mən narkomaniyanın yaratdığı fəsatdan yazmışam. Yazmamışam ki, Aydın pis adam idi və ya pis şair idi. Hamımıza məlumdur ki, meyxanaçı Aydın Xırdalanlı hansı xəstəliyə yoluxdu və sonu necə oldu. Ola bilər Aydın gözəl sənətkar idi, savadlı idi, amma narkomaniya onu hansı vəziyyətə saldı? Biz niyə Aydına sağ vaxtı kömək edə bilmədik? Harda idik? İndi ayıldıq? Cabir Novruz yaxşı deyib, “Sağlığında qiymət verin insanlara.” Mən narkomaniyanı təhqir etmişəm, Aydını yox. Ola bilər Aydın gözəl sənətkar idi, amma yoluxduğu virus xəstəliyi onu bizdən aldı. Bunun üçün biz narkomaniyanın qarşısını almaq üçün dövlətimizə dəstək olmalıyıq ki, gələcəkdə bu fəsadlar bizi gözləməsin. Yazımı düzgün analiz edin, şəxsi prinsipləri qoyun kənara. Allah Aydına rəhmət etsin, yerində qalanlara can sağlığı versin. Çalışaq ki, övladlarımızı vaxtında narkomaniyadan qoruyaq. Narkomaniya əsrin bəlasına çevrilməməli. Biz hamılıqla bu virusa qarşı mübarizə aparmalıyıq,” – deyə jurnalist sonda qeyd edib.
Oxşar Xəbərlər
Meşəli sakini faciəli günlər barədə danışdı – VİDEO
“Vaqif Xaçaturyanın özünü yox, atası və qardaşı İlyanı tanıyırdım. Atası şəkər xəstəsi idi. Çox millətçi idilər”. Bunu Meşəli sakini Kamran Rəcəbov bildirib. O, faciəli günləri yada salaraq, öz xatirələrini BakuTV əməkdaşları ilə bölüşüb. “Soyqırımı günü mən də orada idim. Erməni quldurları meşəni mühasiəyə almışdılar. O zaman yeni, bir aydan da az əvvəl yaranmış könüllü batalyonun üzvü […]
Danimarka rusiyalı nazir müavinini ölkəyə buraxmadı
Danimarka hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iclasına gedən Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayı ölkəyə buraxmayıb. Bu barədə Rusiyanın Kopenhagendəki səfirliyi özünün “Telegram” kanalında məlumat yayıb. Nümayəndəlikdən verilən məlumata görə, 12-14 sentyabr tarixlərində Kopenhagendə ÜST-ün regional toplantısı keçirilir və bu toplantıda Salaqay da iştirak etməli idi. “Lakin Kastrup hava limanında ona Danimarkaya giriş qadağan edilib”, […]
“Görün, kim rəhbərlik edib, hansı cəllad, hansı alçaq mənəviyyat sahibi?!” – Prezidentdən sərt sözlər
“Ermənilər bizim 60-dan çox məscidi məhv ediblər. Ağdam məscidində donuz, inək saxlayırdılar”. XəbərAl.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, bu yaxınlarda hansısa erməni jurnalist tərəfindən internetdə dərc edilən foto bütün Azərbaycan xalqını bir daha hiddətləndirdi. […]