Xeberal.az xəbər saytının baş redaktoru Mirismayil Xələfli meyxanaçı Aydın Xırdalanlının vəfatı ilə bağlı sosial şəbəkədə “Narkoman öldüsə, bir it öldü” paylaşmına Azerbaycanrealligi.com saytına yazdığı statusla bağlı münasibətini bildirib. Baş redaktor qeyd edir ki, sosial şəbəkələrdə trolluqla məşğul olan bəzi insanlar(əgər insan demək olarsa) yazının məğzini anlamamış şəxsi maraqlarını ortaya qoyublar, söyüş və təhqirlərə başlayıblar. “Mən heç vaxt kimisə təhqir etməmişəm. Ən əsası da rəhmətə gedəni. Bu mənim tərbiyəmdən uzaq bir şeydir. Mən narkomaniyanın yaratdığı fəsatdan yazmışam. Yazmamışam ki, Aydın pis adam idi və ya pis şair idi. Hamımıza məlumdur ki, meyxanaçı Aydın Xırdalanlı hansı xəstəliyə yoluxdu və sonu necə oldu. Ola bilər Aydın gözəl sənətkar idi, savadlı idi, amma narkomaniya onu hansı vəziyyətə saldı? Biz niyə Aydına sağ vaxtı kömək edə bilmədik? Harda idik? İndi ayıldıq? Cabir Novruz yaxşı deyib, “Sağlığında qiymət verin insanlara.” Mən narkomaniyanı təhqir etmişəm, Aydını yox. Ola bilər Aydın gözəl sənətkar idi, amma yoluxduğu virus xəstəliyi onu bizdən aldı. Bunun üçün biz narkomaniyanın qarşısını almaq üçün dövlətimizə dəstək olmalıyıq ki, gələcəkdə bu fəsadlar bizi gözləməsin. Yazımı düzgün analiz edin, şəxsi prinsipləri qoyun kənara. Allah Aydına rəhmət etsin, yerində qalanlara can sağlığı versin. Çalışaq ki, övladlarımızı vaxtında narkomaniyadan qoruyaq. Narkomaniya əsrin bəlasına çevrilməməli. Biz hamılıqla bu virusa qarşı mübarizə aparmalıyıq,” – deyə jurnalist sonda qeyd edib.
Oxşar Xəbərlər
XİN: “15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının ən böyük təzahürlərindən biri kimi tarixə yazılıb” – FOTO
“15 sentyabr Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlığın ən böyük təzahürlərindən biri kimi tarixə yazılıb”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “X” hesabında paylaşım edilib. “105 il əvvəl bu gün Bakı daşnak-bolşevik işğalından azad edilib. Qurtuluş günün mübarək!” – paylaşımda qeyd olunub. Xatırladaq ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci […]
Səfirin Almaniya TV-sinə müsahibəsi: “Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalanmalıdır”
“İki ölkə arasında ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması, eləcə də ərazi iddialarından imtina edilməsinə əsaslanan sülh sazişi tezliklə imzalanmalıdır”. Bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyanın PHOENIX dövlət telekanalına müsahibəsində deyib. Diplomat təxminən 30 il əvvəl Ermənistanın Azərbaycana qarşı gerçəkləşdirdiyi hərbi təcavüz, Azərbaycan ərazisinin 20 faizini zəbt etməsi, işğal olunmuş ərazilərdə həyata keçirdiyi […]
“Araz” və “Space” radiolarının yayımı müvəqqəti dayandırılır
Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilib. XəbərAl.az xəbər verir ki, iclasda 25 iyun – 9 iyul 2021-ci il tarixlərində ümum-ölkə radio kanallarının monitorinqinin nəticələri müzakirə olunub. 30 iyun 2021-ci il tarixdə “Araz” radio kanalının efirində saat 13.00 – 14.00 arası müddətdə 5 dəqiqə 30 saniyə sponsor reklamının yayımlanması ilə “Reklam haqqında” Azərbaycan Respublikasının […]