SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Fəxri xiyabanı ziyarət edib. O, bu barədə “Facebook” hesabında paylaşım edib. “Fəxri xiyabanı ziyarət edərək ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini anadan olmasının 99-cu ildönümündə minnətdarlıq və ehtiramla yad etdik”, – deyə Rövşən Nəcəf qeyd edib. Xeberal.az
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” Ulu Öndər Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər andımıza çevrilib. Hər birimiz andımıza sadiq olmalıyıq. Ölkəmizdə uşaqların müdafiəsi, onlara diqqət və qayğının göstərilməsi istiqamətində geniş miqyaslı işlər görülür. Ölkə Prezidenti Cənab İlham Əliyevin sayəsində uşaq və gənclərin hərtərəfli inkişafı üçün […]
Qəbələnin Həmzəlili kəndində yaşayış evində yanğın hadisəsi baş verib. APA-nın Şirvan bürosu xəbər verir ki, kənd sakini, 1973-cu il təvəllüdlü Şaiq Məhəmmədiyyə oğlu Əhmədova məxsus 162 kvadratmetr olan ikimərtəbəli evin birinci və ikinci mərtəbələrində yanğın baş verib. Hadisəyə Qəbələ Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. Xeberal.az