Məşhur müğənni İqor Talkovun oğlu İqor Moskvada bir çanta narkotiklə saxlanılıb. Lent.az xəbər verir ki, metropoliten polisi özünü şübhəli aparan oğlanı tutublar. Saxlanılan şəxs əlindəki çantada narkotikin olduğunu etiraf edib. Baxış zamanı çantanın içərisində yaşıl-qəhvəyi maddə aşkar edilib. Məlum olub ki, bu, həşişdir. Polislər onlarla aqressiv danışan şəxsi qandallayaraq bölməyə aparıblar. Artıq İqor barəsində istintaq başlanıb. […]
“Xaç atası” filminin gənc Vito Korleonesi, “Bir dəfə Amerikada”nın “Əriştə”si və “Böyük ümidlər”in “məsum cinayətkarı”. Bunlar Robert de Nironun ən yaxşı filmləridir. Hər birində tam başqadır, fərqlidir. Elə həyatda da dostluqları və maraqlı sevgi hekayəsi ilə əsl qəhrəmandır. Dünya kinoulduzunun maraqlı dostluqları, səhərə qədər davam edən məclisləri, sənət haqqında söhbətləri həmyerlimiz, “Bakılı oğlanlar” klubunun rəhbəri […]
Litva Prezidenti Gitanas Nauseda Ukrayna Prezidenti Volodimir Zelenskiyə Litvanın ali mükafatını – Böyük Vitautas ordenini təqdim edib. Təqdimat Ali Radada baş tutub. Bu barədə Xalq deputatı Aleksey Qonçarenko öz “Telegram” hesabında məlumat verib. Litva Prezidenti deyib ki, bu mükafat Zelenskiyə və bütün Ukrayna xalqına məxsusdur. Litva Prezidenti Gitanas Nauseda Ukraynanın Dövlətçilik Günü ilə əlaqədar Kiyevə […]