“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gürok Group” şirkətlər qrupu arasında memorandum imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.
O bildirib ki, ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə Azərbaycanda şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan “Gürok Group” şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (@AIC_OJSC) və Türkiyənin “Gürok Group” (@GurokGrup) şirkətlər qrupu arasında ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə #Azərbaycan-da şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının… pic.twitter.com/vlwIbPRcqj
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 20, 2024
Xeberal.az