Asiya

KİV: Netanyahu Məhəmməd bin Salmanla görüşüb

Sharing is caring!

İsrailin Baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.

Xəbəral.az-ın “Jerusalem Post”a istinadən verdiyi xəbərə görə, bu barədə İsrail mənbələri məlumat yayıb.

Məlumata görə, noyabrın 22-də Baş nazir Beynayim Netanyahu və Mossadın rəhbəri Yossi Kohen Səudiyyə Ərəbistanına səfər ediblər və orada Məhəmməd bin Salmanla görüşüblər.

Onlar Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo ilə də görüşüblər. 

Səyahət zamanı Benyamin Netanyahu iş adamı Udi Anqelə məxsus olan şəxsi təyyarədən istifadə edib. 

Adının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, bu səfər gizli olub və bununla bağlı Müdafiə və Xarici İşlər nazirlərinə məlumat verilməyib.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir