ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefonla danışığı baş tutub. Bu barədə Ukrayna dövlət başçısı rəsmi “Twitter” səhifəsində yazıb. “ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik”, – Zelenski […]
Səhər saatlarından Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış səsləri eşidilir. Ukrayna paytaxtının sakinlərini və qonaqlarını qorxudan güclü partlayış səslərindən dərhal sonra hava hücumu xəbərdarlığı elan edilib. Bir sıra partlayışların baş verdiyi bildirilir. Təfərrüat hazırda məlum deyil. Öz növbəsində Kiyev şəhər hərbi administrasiyası Rusiyanın şəhərə raketlərlə hücum etdiyini bildirib. Hədəf kimi infrastruktur obyektlərinin seçildiyi qeyd edilir. Kiyev meri […]
Azərbaycan və Türkiyə Baş Prokurorları arasında memorandum imzalanacaq. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, imza mərasimi sabah baş tutacaq: “31 may 2021-ci il tarixdə Baş Prokurorluğun inzibati binasında anlaşma memorandumu imzalanacaq. Azərbaycan Respublikası tərəfindən memorandum Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev, Türkiyə Respublikası tərəfindən Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru […]