Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu uçuşlara başlayıb. Modern.az real uçuşları qeydə alan flightradar24.com saytına istinadən xəbər verir ki, aparatların uçuşu səhər saatlarından başlayıb və hələ də davam edir. Türkiyə PUA-larının kəşfiyyat uçuşlarının Tovuz istiqamətində hərbi gərginliklə bağlı olduğu bildirilir.
Oxşar Xəbərlər
Azərbaycan İslamiadada növbəti qızıl medalını qazanıb
Azərbaycanın stend atıcıları Fuad Qurbanov və Nurlana Cəfərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. “Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, cütlük “skeet” qarışıq komanda yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, daha əvvəl Nurlana Cəfərova skit reytinq yarışlarında İslamiadanın qalibi olub. Xeberal.az
Bill Mürrey çəkiliş meydançasında qısnadığı qadına pul ödəyib
Amerikalı aktyor Bill Mürrey “Being Mortal” filminin çəkiliş meydançasında qısnadığı qadına 100 min dollar ödəyib. 72 yaşlı sənətçinin çəkiliş qrupunun üzvlərindən birinə yaxınlaşdığı və onu öpməyə başladığı iddia edilir. Mürrey özü bunun qadının razılığı ilə baş verdiyini bildirib. “Gülməli olduğunu düşündüyüm bir şey etdim, amma belə alınmadı. Hazırda biz ünsiyyət qururuq və bir-birimizlə barışmağa çalışırıq”, […]
Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli…
Qarabağın yeraltı suları ilə qidalanan çayların suları Azərbaycanda demək olar ki, ən keyfiyyətli sular hesab olunur. XəbərAl.az xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Məhəmməd Abduyev işğaldan azad olunmuş ərazilərimizdə su ehtiyatları və onlardan yararlanma imkanları, torpaqların azad olunmasının su ehtiyatlarının idarə edilməsinə təsiri haqqında […]