Xeberal.Az xəbər verir ki, polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etmək və profilaktiki tədbirlər keçirməklə yanaşı, vaxtaşırı olaraq köməyə ehtiyacı olan və tək yaşayan vətəndaşlara yardım işini də həyata keçirir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilmiş rayon sakini A.Səfərova baş çəkiblər. Rayonunun Nəsimikənd kəndinin sakini olan həmin şəxs tək yaşadığı üçün polis əməkdaşları ona gündəlik ərzaq tələbatı mallarından ibarət bağlama gətiriblər. Şöbə əməkdakdaşları A.Səfərovun ehtiyacları ilə maraqlanıb və bir daha xatırladılıb ki, yaşadığı yeri tərk edib başqaları ilə təmasda olması həyat və sağlamlıq baxımından təhlükəlidir. Buna görə də zəruri məsələlərlə bağlı hər an polisə müraciət edə bilər. Vətəndaş A.Səfərov göstərdikləri diqqətə və ev şəraitində müalicə aldığı dövrdə gündəlik olaraq onun qayğıları ilə maraqlandıqlarına görə polis əməkdaşlarına minnətdarlığını bildirib.
Oxşar Xəbərlər
Ermənilərin Qarbağda “ölüm düşərgələri” uydurması – VİDEO
Ermənistanın öz ordusunun məğlubedilməzliyi barədə uydurduğu miflər 44 günlük müharibədən sonra alt-üst olub. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti videomaterialda bildirilib. Müəlliflərin fikrincə, öncəki mifləri darmadağın edilən ermənilər yeni, daha fantastik “nağıllar” uydurmağa başlayıblar. Belə ki, Ermənistan media resurslarında Azərbaycan tərəfinin Qarabağda “ölüm düşərgələri” yaratması ilə bağlı heç bir əsası olmayan xəbərlər yayılıb. Daha […]
ABŞ xüsusi təyinatlılarını Tayvanda yerləşdirəcək
Birləşmiş Ştatlar ordusunun xüsusi təyinatlı qüvvələrini (“yaşıl beretlər”) uzun müddətə Tayvanda yerləşdirəcək. Məlumata görə, ABŞ xüsusi təyinatlıları hərbi təlimatçı qismində Kinmen və Penqhu arxipelaqlarında qarnizonlarda yerləşdirilərək Tayvan hərbçilərinə təlim keçəcəklər. Təlimlərdən birində “Black Hornet” mikro-dronlarından istifadə kursu nəzərdə tutulub. Tayvanın Milli Müdafiə və Təhlükəsizlik İnstitutunun Müdafiə Strategiyası və Resursları Departamentinin rəhbəri Su Tzuyun bildirib ki, […]
Binəqədidə qaz xəttinin üstündə tikinti aparılır – FOTO
Binəqədi rayonunda qaz xəttinin üstündə tikinti aparılır. Oxu.Az-ın məlumatına görə, rayonun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 81 ünvanında binaya əlavə tikili artırılır və bu da qaz xəttinin üzərinə düşür. Bir müddət əvvəl ətrafda yaşayan sakinlərin şikayəti əsasında tikilinin inşası saxlanılsa da, sonradan davam etdirilib. Qeyd edək ki, həmin binada bundan əvvəl artırma edilib. Nəticədə qaz xətti […]