Xeberal.Az saytı DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilmişdir. Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilmişdir. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulmuşdur. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Oxşar Xəbərlər
Azərbaycanda dəhşətli qəza: Körpə öldü
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində iki avtomobilin iştirakı ilə ağır qəza baş verib. “Unikal”ın məlumatına görə, hadisə nəticəsində “Toyota Prius” markalı avtomobildə olan 2022-ci il təvəllüdlü Tuncay Quliyev dünyasını dəyişib. Onun əkizi 2022-ci il təvəllüdlü Vüsal Quliyev, həmçinin valideynləri 1992-ci il təvəllüdlü Binnət Quliyev, 1995-ci il təvəllüdlü Sədaqət Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri […]
Erməni müxalifəti Paşinyana qarşı cəbhəni genişləndirir – ŞƏRH + FOTO
Ermənistanda ötən ay paytaxt meriyasına keçirilən seçkilərdə məğlub olan müxalifətin ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etirazlara başlayacağı gözlənilirdi. Amma Qarabağdan könüllü erməni köçü bu etirazları bir müddət təxirə saldı. Amma N.Paşinyanın dünən Strasburqda etdiyi çıxış müxalifətin qəzəbinə səbəb olub və nəticədə yeni aksiyalara hazırlaşdığını bəyan edib. Müxalifətin yaratdığı Milli Komitənin koordinatoru Vazgen […]
İranda etirazlarda öldürülən yeniyetmə qızla bağlı dəhşətli faktlar üzə çıxdı – FOTO
İranda 2022-ci il ümumxalq etirazlarında repressiv rejim tərəfindən öldürülən yeniyetmə Nika Şahkərəmi ilə bağlı yeni faktlar üzə çıxıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Məlumata görə, molla rejiminə qarşı fəaliyyət göstərən “Əlinin ədaləti” adlı haker qrupu yeniyetmə qıza ölümündən öncə İran rejiminin mühafizə orqanı qüvvələri tərəfindən təcavüz edildiyini açıqlayıb. Bununla bağlı sözügedən haker […]