“Azərbaycan dövlətinin son 17 ildə əldə etdiyi inkişaf bütün dünya ölkələri tərəfindən təqdir edilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət siyasəti bu gün bütün sahələrdə inkişafın təmin olunmasına yol açıb. Məhz bu inkişafımız dünyanı cənginə almış yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə fəal mübarizə aparmağımızda, əldə olunan nailiyyətlərdə əhəmiyyətli rola malik oldu”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov deyib. Milli maraqları əsas götürən Azərbaycan dövlətinin qlobal problemlərin həllindəki rolundan danışan R.Cəbrayılov qeyd edib ki, Azərbaycanın müasir və sürətli inkişaf modeli beynəlxalq aləmin diqqət mərkəzindədir: “Koronavirus pandemiyasının yayılmasına qarşı ölkəmizdə görülən tədbirlər bütün beynəlxaq təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir edilir. Dövlət başçımızın Qoşulmama Hərəkatının Sədri qismində BMT Baş Assambleyasının COVİD-19-a həsr edilmiş xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi, bu təşəbbüsün 130-dək dövlət tərəfindən dəstəklənməsi isə Azərbaycanın beynəlxalq miqyasıdakı nüfuzunun bariz göstəriciidir”. R.Cəbrayılov qeyd edib ki, belə çətin günlərdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın növbəti ifadəsidir. YAP Salyan rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçısının uğurlu fəaliyyətinin, təşəbbüslərinin dünya birliyi tərəfindən dəstəklənməsi qürurvericidir və hər birimiz inanırıq ki, məhz Prezident İlham Əliyevin koronavirusla mübarizə çərçivəsində səsləndirdiyi qlobal çağırışlar bu problemin həllində əhəmiyyətli rola malik olacaq.
Oxşar Xəbərlər
Prorektor: “Qazax müəllimlər seminariyasında Gürcüstandan olan 20 soydaşımız təhsil alır”
“Hazırda ADA universiteti Qazax müəllimlər seminariyasında magistr təhsil dərəcəsində “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” ixtisasları üzrə Gürcüstandan olan 20 soydaşımız təhsil alır. İstəyərdik ki, burada təhsil alan soydaşlarımızın sayı daha da çox olsun”. “Report” xəbər verir ki, bu fikri ADA universitetinin prorektoru Vəfa Kazdal bildirib. “Artıq üç ildir ki, ADA universiteti Qazaxda yerləşən müəllimlər seminariyasını […]
Bazar günü iş günü olsun….Fazil Mustafa
Vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır. XəbərAl.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. F.Mustafa bildirib ki, xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir: “Misal üçün, avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar günü rəsmi qaydada həyata keçirilmir. […]
“İranın siyasətində terror təşkilatlarının maliyyələşdirilməsi əsas yerlərdən birini tutur” – RƏY + FOTO
“İranın siyasətində terror təşkilatlarının maliyyələşdirilməsi əsas yerlərdən birini tutur”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, bu gün İran müxtəlif müsəlman ölkələrində fəaliyyət göstərən terror qruplarını maliyyələşdirir, terrorçulara və onların təxribat törətməsinə dəstəyini davam etdirir: “Bu gün bunu bir sıra ölkələrin nümunəsində açıq-aydın görmək mümkündür”. Deputat qeyd edib ki, İran bu […]