Dünya

“İranın siyasətində terror təşkilatlarının maliyyələşdirilməsi əsas yerlərdən birini tutur” – RƏY + FOTO

Sharing is caring!

“İranın siyasətində terror təşkilatlarının maliyyələşdirilməsi əsas yerlərdən birini tutur”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün İran müxtəlif müsəlman ölkələrində fəaliyyət göstərən terror qruplarını maliyyələşdirir, terrorçulara və onların təxribat törətməsinə dəstəyini davam etdirir:

“Bu gün bunu bir sıra ölkələrin nümunəsində açıq-aydın görmək mümkündür”.

Deputat qeyd edib ki, İran bu gün xüsusilə də Suriyada fəal iş aparır:

“Ümumiyyətlə, İranın siyasətində terror təşkilatlarının maliyyələşdirilməsi əsas yerlərdən birini tutur. Bu gün biz Suriyada gedən proseslərdə bu ölkənin fəal şəkildə iştirak etdiyini, çalışdığını görürük. Təəssüf ki, bu gün Suriyada baş verən proseslərin əsas təşkilatçılarından biri İrandır və o burada bir sıra təşkilatları maliyyələşdirir və yardım göstərir”.

C.Məmmədov bildirib ki, İranın həyata keçirdiyi bu siyasət nəticəsində Suriya artıq qan gölünə çevrilib:

“İran artıq Suriyada terror düşərgələri yaradıb və vətəndaşları hərbi əməliyyatlarda bilavasitə iştirak edirlər. Bu gün vurğulamaq lazımdır ki, İran özünün daxilində bu qədər məsələlərin olmasına baxmayaraq, ayrı-ayrı ölkələrdə belə fəaliyyətləri həyata keçirir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir