Xüsusi karantin rejimində evdən çıxmayan vətəndaşlar kommunal xidmətlərdən daha çox istifadə edir. Belə olan halda, vətəndaşların bu istiqamətdə xərcləri artır. Bəs bu günlərdə borca görə, vətəndaşın qazı, suyu və işığı kəsilə bilərmi? Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində bu günlərdə borca görə heç kimin suyu kəsilə bilməz.
Xəbəral.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Türkiyənin Artvin vilayətinin Murgul rayonunda öküz döyüşləri olub. Bu zaman meydanda rəqibini gözləyən öküz tribunaya hücum edib. Öküz gözlənilmədən protokolların tərtib olunduğu tribunaya atılıb. İzləyicilər arasında təşviş yaranıb. Öküzün tribunanı bir-birinə qatdığı anlar saniyə-saniyə kameralara əks olunub. Mənbə: Haber Global Xeberal.az
“İndiyə qədər Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 553 milyon ton neft və 194 milyard kubmetr təbii qaz hasil edilib”. “Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib. Onun sözlərinə görə, hazırda AÇG-dən gündəlik 59 min ton neft, […]
“Son illər Qırğızıstanla Azərbaycan arasında dövlətlərarası münasibətlər misli görünməmiş səviyyəyə çatıb”. “Report” xəbər verir ki, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı Qırğızıstan Prezidenti Sadır Japarov deyib. Xatırladıb ki, Prezident İlham Əliyevin ötən ilin oktyabrında Qırğızıstana dövlət səfəri zamanı Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. Hazırda təşkilati, hüquqi və maliyyə məsələlərinin yekunlaşdırılması istiqamətində işlər aparılır. Qeyd olunub ki, […]