İqtisadiyyat

“Arpaçay-1” və “Arpaçay-2” stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Sharing is caring!


7 aprel 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində Arpaçay su anbarında gücü 20,5 MVt “Arpaçay-1” SES və gücü 1,4 MVt “Arpaçay-2” KSES istismara verilib.

Energetika Nazirliyindən verilən məlumata görə, “Arpaçay-1” SES-də 2021-ci ildə 33,4 milyon kVt/saat, 2022-ci ildə 26,1 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. İstismar edildiyi tarixdən cari ilin 1 aprel tarixinədək stansiyada ümumilikdə 434 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

“Arpaçay-2” KSES-də isə 2021-ci ildə 0,9 milyon kVt/saat, 2022-ci ildə 0,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. İstismar edildiyi tarixdən cari ilin 1 aprel tarixinədək “Arpaçay-2” KSES-də elektrik enerjisi istehsalı 10,2 milyon kVt/saat təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir