XəbərAl.az xəbər verir ki,Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili, yazar Qənirə Paşayevanın rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi Tovuz Gənclər Evi ilə birgə “Evdə qal, kitab oxu”aksiyası həyata keçirib. Aksiya çərçivəsində 70 gəncə və o cümlədən rayonda fəaliyyət göstərən Gənclər evinin 60 nəfər könüllüsünə kitablar, o cümlədən koronavirus pandemiyasından qorunmaq məqsədilə tibbi gigiyenik ləvazimatlar göndərilib. Aksiya çərçivəsində göndərilən kitablar gənclərin evdə qaldıqları bu həssas dönəmdə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirmək məqsədi daşıyır. Kitablar Azərbaycan tarixini, qəhrəmanlığını özündə əks etdirən romanları, tanınmış yazarların əsərlərini əhatə edir
Oxşar Xəbərlər
Xarici İşlər Nazirliyində ilin yekunlarına dair mətbuat konfransı keçirilir – CANLI YAYIM
Azərbaycanda Xarici İşlər Nazirliyində 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilir. Konfransda xarici işlər naziri Ceyhun Bayramov çıxış edir. Ətraflı Baku TV-nin canlı yayımını təqdim edirik: Xeberal.az
Balanslaşdırılmış dövlət siyasəti uğurla həyata keçirilir
Prezident İlham Əliyevin cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri Azərbaycanın çoxşaxəli xarici siyasət yürütdüyünü qeyd edən Prezident İlham Əliyev öz çıxışında deyib ki, ölkəmizin xarici siyasətlə bağlı kursu dəyişməz olaraq qalır. Hətta müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır, artıq əsassız ittihamlar da aradan […]
La Liqa: Son anda “Barselona” istəyinə çatdı – VİDEO
İspaniya çempionatının 19-cu turunun “Las Palmas” “Barselona”nı qəbul etdiyi matç başa çatıb. Las Palmasda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb – 2:1. Oyunun 12-ci dəqiqəsində Munir El Haddadi meydan sahiblərini hesabda irəli çıxarıb. 56-cı dəqiqədə matçda hesabı “Barselona”nın hücumçusu Ferran Torres bərabərləşdirib. Kataloniya klubu 92-ci dəqiqədə İlkay Gündoğanın penaltidən dəqiq zərbəsi ilə qələbə qazanıb. […]